"Carnival Cruise Line" şirkəti cari il iyulun 31-də "Mardi Gras" kruiz gəmisini Kanaveral limanından ilk səfərə yola salıb.
Unikal.org xəbər verir ki, "Mardi Gras" laynerinin Karib dənizindəki səfəri 7 gün çəkəcək.
5282 nəfər üçün nəzərdə tutulan kruiz gəmisinin 2020-ci ilin mart ayından sonra baş tutan ilk səfərində sərnişinlərin sayı ümumi tutumun təxminən 70%-ni təşkil edib. Eyni zamanda, "Carnival Cruise Line" şirkəti heyətin və sərnişinlərin 95%-nin peyvənd edilməsinə dair tələb irəli sürmüşdü.
Amerikada təbii maye qazla işləyən ilk layner hesab edilən "Mardi Gras", pandemiyanın yayılmasından sonra "Carnival Cruise Line" şirkətinin ABŞ-da səfərlərini bərpa edən sayca beşinci gəmisidir. Şirkət oktyabr ayınadək dənizə çıxan gəmilərinin sayını 15-ə çatdırmağı planlaşdırır.