Yunanıstanın Zakinf adasında meşə yanğınlarını söndürən "PZL" təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pilotun qəzadan sağ çıxdığı bildirilib. Onu ərazidəki yanğınsöndürənlər hadisə yerindən uzaqlaşdırıblar.

Qəzanın başvermə səbəbləri araşdırılır.