İran və Hizbullah böhran dövründə Livan əhalisinin həyatını daha da çətinləşdirir və onlara qarşı ciddi aktivlik göstərir.

Unikal.org xəbər verir ki, bu sözləri İsrail Baş naziri Naftali Bennett deyib.

"Livanda xeyli vətəndaşın İran müdaxiləsinə və Hizbullaha qarşı fəaliyyəti göz önündədir. İran və Hizbullah livanlıların həyatını çətinləşdirməklə yanaşı, İsrail ilə sərhəddə də vəziyyəti gərginləşdirir. Livan hakimiyyəti və ordusu "arxa qapı"da baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməlidir", - deyə baş nazir bildirib.