"Barselona" azarkeşlərinin maraqlarını təmsil edən hüquq şirkəti Messinin PSJ-yə keçidinə mane olmaq məqsədilə Avropa Komissiyasına müraciət hazırlayıb.
Unikal.org xəbər verir ki, sözügedən müraciətdə Messinin keçidinin maliyə "Fair Play"i qaydalarına zidd olduğu bildirilib. Qeyd olunub ki, PSJ-nin maliyyə vəziyyəti "Barselona"dan da ağırdır. Belə ki, fransız klubu gəlirinin 99%-ni məvaciblərə sərf edir.
Digər tərəfdən, azarkeşlərin fikrincə Fransanın paytaxt klubunun məvaciblərə bu qədər vəsait xərcləməsi ölkə çempionatında rəqabəti aşağı salır.