ABŞ-ın Nyu-York şəhərində iki silahlı insident baş verib.

Unikal.org xəbər verir ki, birinci atışma Bruklində qeydə alınıb. Hadisə zamanı 25 yaşlı kişi həlak olub, həmçinin 19 yaşlı qız yaralanıb, onun vəziyyəti sabit qiymətləndirilir. Hadisədən sonra 22 yaşlı şübhəli saxlanılıb.

İkinci atışmada 36 yaşlı iki kişi öldürülüb, daha 51, 31 və 37 yaşlarında üç kişi xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edilib ki, insidentlə bağlı hələ heç kim həbs edilməyib.