Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 108 nəfər vəfat edib.
Unikal.org-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 239 637 nəfər test edilib, 22 699 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 5 835 nəfər sağalıb.