Britaniya hökuməti supermarketlərə qida tədarükü ilə bağlı yaranmış problemləri aradan qaldırmaq üçün orduya müraciət edəcək.

Unikal.org xəbər verir ki, ötən ay Avtodaşıyıcılar Assosiasiyası ölkədə 100 min yük avtomobili sürücüsünün çatışmadığı barədə xəbərdarlıq edib. "Brexit" səbəbindən onların bir hissəsi krallığı tərk edib, yeni sürücülər isə hələ də sürücülük imtahanının vaxtını gözləyir. Pandemiya səbəbindən digər ölkələrdən sürücülərin işə cəlb olunması da çətinləşib.

Hökumət çıxış yolunu Silahlı Qüvvələrdən sürücülərin köməyə çağırılmasında görüb.

Bildirilib ki, orduda xidmət edən 2 min sürücü marketlərə qida məhsullarının daşınması işində mülki vətəndaşlara yardım edəcək.