Yunanıstan meşə yanğınları səbəbilə Türkiyədən təyyarə istəyib.

Unikal.org xəbər verir ki, bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli deyib. 

O, Yunanıstanın yardım istəyini qiymətləndirməyə çalışdıqlarını bildirib:

"Hazırda 89 təyyarənin gündəlik koordinasiyasını etmək məcburiyyətindəyik. Bu, çətin bir əməliyyattır. Ölkəmizdəki yanğınları azaldıb onlara nəzarət edə bilsək, Yunanıstanı da təyyarə ilə təmin edəcəyik". 

Qeyd edək ki, Yunanıstan Türkiyənin meşə yanğınları ilə bağlı yardım istəyini rədd etmişdi.