Çadın Xacer-Lamis regionunda, Xaraca kəndində icmalar arasında toqquşmalar nəticəsində azı 21 nəfər həlak olub, daha 20 nəfər isə xəsarət alıb.
Unikal.org xəbər verir ki, münaqişə ərazi mülkiyyəti üstündə yaranıb.
Toqquşmanın baş verdiyi kəndə ordu qüvvələri yeridilib, nazirlər və bir sıra yüksək rütbəli məmurlar bölgəyə gəlib.