Türkiyəli müğənni Edis örnək addımıyla gündəmə gəlib.
Unikal.org xəbər verir ki, ifaçı yanğından zərər görən insanlara yardım məqsədi ilə ötən gecə verdiyi konsertdən qazandığı gəliri "AHBAP" dərnəyinin hesabına köçürüb.
"Hamımız çox kədərliyik. Hər kəsin həssaslığını bilirəm, çətin günlərdən keçirik. Bu səhvlərin bir daha təkrarlanmamasını istəyirik. İlk növbədə həyatını itirmiş bütün canlılarımızı anır və orada mübarizə aparan zəhmətkeş insanlarımıza salam söyləyirəm. Aldığınız bütün biletlərin pulunu "AHBAP" dərnəyi vasitəsilə ehtiyacı olanlara çatdırılacaq" deyə, Edis konsertdə açıqlayıb.