Tağı Əhmədov “Unikal”ın informasiyasını təsdiqlədi
15:26 12-02-2013
CƏMİYYƏT
“Bilirsiniz, Gülərin nənəsi erməni olub. Biz o qədər ürəyiaçıq xalqıq ki, bunu bilə-bilə onun millət vəkili olmasına şərait yaratmışıq. Gülər son vaxtlar o qədər cızığından çıxmışdı ki, YAP-ın üzvü ola-ola partiyanın iclaslarına gəlmir, deputatlıq etdiyi rayonun icra hakimi ilə yola getmirdi. Mən həmişə demişəm ki, nə qədər ki, Azərbaycanda yüksək vəzifələri təmizqanlı azərbaycanlılar tutmur, belə hallar baş verəcək”.
“Unikal.org”un məlumatına görə, bu sözləri “press24.az” saytına müsahibəsində Metropoliten şefi Tağı Əhmədov deyib.
O, G.Əhmədova ilə bağlı daha sonra belə deyib: “Gülər Əhmədova ilə bağlı olayla bağlı isə təkcə bir fikir deyə bilərəm. Gülər hansısa fırıldaqçıdan bir milyon pul qoparıb, gedib özünə ev alıb. Elə indinin özündə də həmin evdə yaşayır”.
Yeri gəlmişkən, onu onu da qeyd edək ki, G.Əhmədovanın nənəsinin erməni olduğu barədə məlumatı “Unikal” qəzeti hələ 2010-cu ildə – parlament seçkiləri ərəfəsində yaymışdı. Həmin dövrdə deputat mandatına sahib olan və bu səbəbdən də qılıncının hər iki üzü kəsən G.Əhmədova bizim bu barədə yazımıza sərt reaksiya vermiş, qəzetimizi məhkəmə ilə hədələmişdi. Lakin yazdığımızın həqiqət olduğunu bildiyi üçün də sonradan məsələnin üzərinə getməkdən vaz keçmişdi.
Bu gün onun deputat mandatının əlindən alındığı bir vaxtda isə artıq hakimiyyətin ən nüfuzlu simalarından biri hesab olunan Tağı Əhmədov səviyyəsində məmur da G.Əhmədovanın erməni kökləri barədə danışır. Gec də olsa, həqiqət nəhayət elə hakimiyyətin özü tərəfindən dilə gətirildi. Təəssüf ki, illər öncə biz bunu yazanda hakimiyyət bu həqiqəti gözardı etmişdi. Indi isə artıq özləri də bunu etiraf etməyə başlayıblar.
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)