Yunanıstan polisi meşələri bilərəkdən və ya ehtiyatsızlıqdan yandıran 118 nəfəri saxlayıb.

Unikal.org xəbər verir ki, araşdırmalar nəticəsində onlardan 18 nəfəri həbs olunub.

Məlumata görə, həmin şəxslər 4-11 avqust tarixlərində saxlanılıb. Yanğın törətməkdə şübhəli bilinənlərin yaşı 15-78 arası dəyişir.  

Bildirilib ki, daha 8 nəfər yanğın nəticəsində dağılmış evlərdən əşya oğurladığına görə həbs olunub.

Qeyd edək ki, bir həftədir ölkədə meşə yanğınları tüğyan edir. Meşələrin, milli parkların, təbiət ərazilərinin ziyarətinə qoyulan qadağa avqustun 13-dək uzadılıb.

Ağarza Elçinoğlu