"Real Madrid" klubu İspaniya "La Liqa"sından çıxmağı panlaşdırır.
Unikal.org "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi çempionatının prezidenti Xavyer Tebasın apardığı siyasətlə razılaşmadığı üçün liqanı tərk etmək istəyir.
İddiaya görə, "kral klubu" İngiltərə Premyer Liqasında iştirak etmək məsələsini nəzərdən keçirir. Variantlar arasında İtaliya A Seriyası və Almaniya Bundesliqası da var.
Bildirilib ki, "Real Madrid"lə "La Liqa" rəhbərliyi arasında gərginliyin pik nöqtəsi Tebasın Avropa Super Liqası layihəsinə neqativ reaksiyası olub. Bundan başqa, klub üç gün əvvəl rəsmi saytında "La Liqa" və CVC fondunun məhkəməyə veriləcəyi ilə bağlı bəyanat yayıb.
Qeyd edək ki, "Real Madrid" ölkə çempionatında 2021/2022 mövsümünün ilk turunda bu gün "Alaves"lə qarşılaşmalıdır.