Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Türkiyə superliqasının əsas komandalarından olan "Bursaspor"a keçib.
Unikal.org xəbər verir ki, bu barədə qardaş ölkənin "Maçkolik" nəşri məlumat yayıb.
Superliqa komandalarından olan Bursaspor, "Neftçi"nin hücumçusunu heyətinə qatdığını açıqlayıb.
Nəşrin yazdığına görə, bu, Namiq Ələsgərovdur.
Klub ona mövsüm üçün 50 min avro ödəyəcək.