“Taliban” qruplaşması tezliklə Əfqanıstanı İslam Əmirliyi elan edəcək.
Unikal.org “Associated Press”ə istinadən xəbər verir ki, bu haqda bəyanat Kabuldakı prezident sarayından veriləcək.
Xatırladaq ki, taliblərin hakimiyyətdə olduqları 1996-2001-ci illərdə Əfqanıstan məhz belə adlanırdı. ABŞ-ın silahlı qüvvələri Əfqanıstanı tutandan sonra İslam Əmirliyi ləğv olunmuşdu.
Bir qədər əvvəl hərəkatın nümayəndəsi Əlhənəfi Vardak bildirmişdi ki, ölkədə aralıq hökumətin yaradılması müzakirə olunmur. “Hakimiyyət İslam Əmirliyinin liderlərinə veriləcək”,- o, öz Tvitter hesabında bildirib.
په کابل کې ټولو سفارت خانو، دپلوماتیکو مراکزو، مؤسساتو او د بهرنیو اتباعو هستوګن ځایونو ته اطمینان ورکوو چې هيڅ ډول خطربه ورته متوجه نه وي.
— (الحنفــــي وردك) Alhanafi (@Alhanafi_1) August 15, 2021
ټول دې په پوره ډاډ سره په کابل کې اوسي، د اسلامي امارت ځواکونه مؤظف شوي دي چې د کابل ښار او د هیواد د نورو ښارونو امنیت ټينګ وساتي.