İndoneziyanın ən aktiv vulkanı olan Merapi, avqust ayının 16-da püskürüb. 

Unikal.org xəbər verir ki, bu gün səhər baş verən partlayış nəticəsində ətrafa lava və kül təbəqəsi çöküb. 

Bildirilib ki, gurultulu partlayışlar zamanı boz kül təbəqəsi 3,5 kilometrlik məsafədə yaşayan əhaliyə təhlükə yaradıb. 

Evakuasiya əmri və tələfat barədə məlumat verilməyib.

İndoneziyanın geoloji agentliyindən verilən məlumata görə, sakinlərə vulkanın 5 kilometrlik radiusundakı ərazidən çəkilmək istənilib:

"Sakinlər vulkanik küldən və Merapi ətrafındakı potensial lava axınlarından çəkinməlidirlər". 

2010-cu ildə Merapi dağının sonuncu böyük püskürməsi 300-dən çox adamın ölümünə və ətraf rayonlardan təxminən 280 min sakinin təxliyə edilməsinə səbəb olub.

Qeyd edək ki, bu, vulkanın 1930-cu ildən sonra ən böyük püskürməsi hesab edilir. 

Ağarza Elçinoğlu