Türkiyənin Səhiyyə Nazirliyi əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı yeni qərarlar qəbul edib.
Unikal.org “Haber Global”a istinadən xəbər verir ki, vaksinasiya yaşı 18-dən 15-ə endirilib.
Xroniki xəstəliyi aşkarlanan yeniyetmələrdə isə 12 yaşdan vaksinlənmə həyata keçirilməlidir.
Həmçinin PCR testinin nəticəsi pozitiv çıxan xəstələrdə vaksin vurulması 3 aydan 1 aya endirilib.