Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo İtaliyanın “Yuventus” klubu ilə yollarını ayıra bilər.
Unikal.org xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilib ki, 36 yaşlı futbolçunun agenti “Mançester Siti” klubuna onun xidmətindən yararlanmağı təklif edib.
Məlumata görə, “Yuventus” Ronaldonu 30 milyon avroya satmaq şərti ilə razılaşıb. Hücumçunun “Qoca sinyora” ilə qüvvədə olan müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.