Rusiyada kömür şaxtasında həmyerlimiz ölüb
11:27 13-02-2013
CƏMİYYƏT
Yanvarın 11-də Rusiyada kömür şaxtasında baş verən partlayış zamanı ölənlərdən biri azərbaycanlıdır.
“İnterfaks” agentliyinin verdiyi məlumata görə, partlayış nəticəsində ölən 18 nəfərdən 8-i Komidə dəfn ediləcək.
İki nəfərin cəsədi Krasnodar vilayətinə, iki nəfərin cəsədi Ukraynaya, bir nəfərin cəsədi isə Azərbaycana aparılacaq. Qalan şaxtaçıların cəsədləri isə Rusiyanın Kirov, Kostroma, Leninqrad, İvanovo və Belqorod vilayətlərinə göndəriləcək. Cəsədlərin göndərilməsi və dəfni xərclərini “Vorkutauqol” şirkəti öz üzərinə götürüb.
Qeyd edək ki, yanvarın 11-də saat 10:28 radələrində Komi Respublikasındakı “Vorkutinskaya” şaxtasında 800 m dərinlikdə partlayış baş verib. Nəticədə 18 nəfər ölüb.
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44