Şənbə günündən bazar gününə keçən gecə Fransanın Marsel şəhərində baş verən atışma nəticəsində 3 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat verib.

İlk atışma gecəyarısı baş verib və həmin zaman 2 nəfər öldürülüb.

Hadisə yerində 7.62 və 9 mm ölçüsündə gilizlər tapılıb.

Marselin dördüncü bölgəsində daha bir adam öldürülüb. Onu əvvəlcə qaçırdıb, sonra güllələyiblər və onu avtomobilin içində yandırıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.