Nyu-Yorkun "Con F. Kennedi" və "LaQuardia" hava limanları, eləcə də Nyu-Cersidəki "Nyuark" aeroportları tropik "Anri" fırtınasına görə bəzi uçuşları ləğv edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nyu-York və Nyu-Cersi Liman İdarəsinin rəhbərliyi bildirib.
"La Quardia"da uçuşların 23%-i, "Con F. Kennedy"dəki uçuşların 11%-i və "Nyu-York"dakı uçuşların 22%-i ləğv edilib", - deyə rəsmi açıqlamada bildirilib.
Məlumata görə, hava şəraitindən asılı olaraq digər uçuşlar da ləğv edilə bilər.