Nigeriyanın Daxili İşlər və İctimai Təhlükəsizlik Nazirliyi ölkənin qərbindəki Tillaberi bölgəsində naməlum silahlı şəxslərin hücumu nəticəsində 19 mülki şəxsin öldüyünü, iki nəfərin yaralandığını bildirib. 

Unikal.org xəbər verir ki, hadisə Anzourou kommunasında yerləşən Tem kəndində baş verib. 

Bildirilib ki, naməlum şəxslər cümə namazı qılan əhaliyə hücum edib. 

Bundan əlavə, bir neçə gündə naməlum silahlı şəxslərin hücumu nəticəsində 37 mülki şəxs öldüyü və dörd nəfərin yaralandığı qeyd olunub.