Çində Ninsya-Huey muxtar rayonunda bir nəfərdə bubon taunu aşkar olunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, muxtar rayonun rəhbərliyi yerli sakin olan bir qadında bubon taununun aşkar olunması faktını təsdiq edib. Hazırda rayonda yüksək epidemioloji təhlükə səviyyəsi elan edilib.
Pekinin Tibb Universiteti yanında xəstəxananın infeksion xəstəliklər şöbəsinin baş həkimi Li Tunun sözlərinə görə, xəstəliyin ilkin mərhələlərində bubon taununun insandan insana keçmə riski kifayət qədər zəifdir.