Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Unikal org-un məlumatına görə, tədbir zamanı ümumilikdə 35 nəfər saxlanılaraq polis idarəsinə gətirilib. Saxlanılan şəxslərin azyaşlı uşaqları dilənçiliklə məcbur etdiyi də məlum olub.

Onlarla profilaktik söhbətlər aparılıb, 11 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Seymur Əli