Taliban” Əşrəf Qanini təqib etməyəcək. O, geri dönüb, Əfqanıstanda yaşaya bilər.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının nümayəndəsi Xəlil Ür-Rəhman Hakkani bildirib.
Onun sözlərinə görə, "Taliban" Əşrəf Qani də daxil olmaqla, Əfqanıstan hökumətinin bütün məmurlarına amnistiya tətbiq edib.
Həmçinin, bildirilib ki, "Taliban"la devrilmiş prezident Əşrəf Qani, vitse -prezident Əmrulla Saleh və milli təhlükəsizlik müşaviri Həmdullah Mohib arasında düşmənçilik yoxdur.