Ermənistanda daha 251 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 237 885-ə çatıb. Son sutkada koronavirusdan 10 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 762-yə yüksəlib.

Koronavirusa yoluxan 224 493 nəfər sağalıb. Hazırda 7 483 pasiyent müalicə olunur.