Rusiya müdafiə naziri Sergey Şoyqu Əfqanıstanda “Taliban”ın əlində külli miqdarda silah qaldığını bildirib.
Unikal.org xəbər verir ki, TASS agentliyi Şoyqunun sözlərini sitat gətirib: "Əsas təhlükə, “Taliban”ın əlində çox böyük miqdarda silah qalmasıdır”.
Onun sözlərinə görə, "Taliban" yüzlərlə artilleriya barelinə və zirehli texnikaya, habelə təyyarə və helikopterlərə sahib olub.
Rusiya müdafiə naziri qeyd edib ki, Əfqanıstanda "yüzdən çox" ZENİT raket sistemi qalıb.