"Bakı Metropoliteni" QSC “Elmlər Akademiyası” stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Unikal.org vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex" MMC-dir.

Qalib şirkətə 5 milyon 355,3 min manat ödəniləcək.(report)