Venesuelanın Merida ştatında leysan yağışları daşqınlara səbəb olub.
Unikal.org xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 17-yə çatıb.
Bu barədə məlumat verən region qubernatoru Ramona Qevaru deyib ki, bu qədər yağıntının olacağı gözlənilmirdi:
"Biz təsəvvür etmirdik ki, faciənin miqyası bu qədər geniş ola bilər", - deyə Qevaru bildirib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində onlarla bina uçub, 1200-dən çox ev yararsız hala düşüb. Regionda elektrik enerjisinin verilişində və mobil rabitədə problemlərin yaşanıb.
Ağarza Elçinoğlu