Fransa 27 avqust axşamından etibarən Əfqanıstandan təxliyə əməliyyatını davam etdirə bilməyəcək.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Jan Kasteks bildirib.

Baş nazir qeyd edib ki, indiyə qədər Fransa öz ərazisində təxminən 2,5 min nəfəri qəbul edib. Onlar fransızlar və ölkələrində həyatları təhlükədə ola biləcək əfqanlardır.

Hökumət rəhbəri təxliyənin dayandırılması səbəbini açıqlamayıb.

Gülayə Mecid