Azərbaycan Silahlı Qüvvələri Syunik (Zəngəzur) bölgəsindəki  Gorus-Qafan yolunu bağlayıblar. 

Unikal.org news.am-a istinadən  xəbər verir ki, bununla bağlı mövzu Ermənistan parlamentinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.  Belə  ki, baş nazir  Nikol Paşinyan ərazinin bağlı olması  səbəbiylə insanları başqa yoldan istifadə etməyə  çağırıb. 

Paşinyan yeganə alternativ yol olan Ağvan kəndindən keçən yolu təmir ediləcəyini  və  qısa zamanda  insanların istifadəsinə verəcəyini ifadə edib. 

Gülayə  Mecid