Hazırda yeni beynəlxalq sistemin qurulması prosesi davam edir və bu proses etibarnamələr vasitəsi ilə dolayı müharibə şəklində aparılır.
Unikal.org xəbər verir ki, bunu Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfeddin Erol bildirib.
"Terror təşkilatları burada vəkil faktor kimi görünür. Soyuq müharibə dövründə istifadə edilən bu üsul SSRİ-yə qarşı təsirli nəticələr verdi. ABŞ-ın Əfqanıstandan çəkilməsi bu ölkədə daha dərin və daha geniş bir prosesə işarə edir.
Terror təşkilatlarının Əfqanıstanda bir fəaliyyət sahəsi tapması güclü bir ehtimaldır", - deyə Ərol vurğulayıb.
O, həmçinin Rusiya ilə Çinin Mərkəzi Asiyada qarşı-qarşıya gətirilməyə çalışıldığını və buna görə də bölgə dövlətlərinin sülh və sabitlik üçün birlikdə hərəkət etməli olduğunu vurğulayıb.
ANKASAM sədri yaranan fürsətdən Talibanın istifadə edəcəyi halda mövcudluğunu qorumağa davam edəcəyini, əks halda vətəndaş müharibəsi, daha sonra isə regional müharibənin qaçılmaz olacağını bildirib.
Ağarza Elçinoğlu