Böyük Britaniya Əfqanıstanda yaşayan vətəndaşlarına xəbərdarlıq edib.
Unikal.org rəsmi açıqlamaya istinadən xəbər verir ki, Kabil hava limanına terror hücumunun təşkil olunacağı yüksək ehtimaldır. Buna görə də, vətəndaşlara Kabil hava limanından uzaq durmaları barədə çağırış edilib.
"Kabildəki hava limanına getməyin. Terror təhlükəsi var. Təhlükəsiz yerə gedin və yeni tövsiyyələrimizi gözləyin"- deyə açıqlamada bildirilib.
Ağarza Elçinoğlu