ABŞ-ın San-Dieqo şəhərində kiçik mühərrikli təyyarə ştatlar arası əlaqəni təmin edən əsas magistral yola təcili eniş etmək məcburiyyətində qalıb.
Unikal.org xəbər verir ki, bu barədə Kaliforniya ştatının yol polisinin nümayəndəsi və Federal Aviasiya İdarəsi məlumat verib.
Belə ki, "Piper - PA-32” yüngül təkmühərrikli təyyarədə mexaniki problemlər yaşanıb, buna görə pilot təcili eniş etmək məcburiyyətində qalıb.
Təyyarənin pilotu və sərnişinlər xəsarət almasa da, təyyarə ilə toqquşan avtomobillərdəki iki nəfər yüngül xəsarətlər alıb.
Təyyarənin məcburi eniş etməsi nəticəsində magistral yolda tıxac yaranıb.
Ağarza Elçinoğlu