İranda ötən sutka ərzində 36 758 nəfər koronavirusa yoluxub, 694 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 104 716 nəfərə, yoluxanların sayı isə 4 833 135 nəfərə çatıb. Virus daşıyıcılarından 7 788 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ümumilikdə, İranda təxminən 24,9 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 17,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 7,15 milyon təşkil edir.