Kabul Hava Limanına toplaşan minlərlə əfqan ölkəni tərk etmək üçün fürsət gözləyir.
Unikal.org xəbər verir ki, hava limanında izdiham yaşanarkən, ABŞ milyarderi iş adamı Erik Prinsdən utancverici bir təklif gəlib. Belə ki, milyarder ölkələrini tərk etmək istəyən əfqanlara yardım edəcəyini bildirib. Amma qarşılığında hər adambaşına görə 6500 dollar bilet haqqı alacağını söyləyib. Erikin insanlara bu cürə yanaşması qınaq obyektinə çevrilib.
Əfqanıstanda idarəni ələ alan "Taliban" təxliyə işlərini başa çatdırmaq üçün 31 avqusta qədər vaxt verib.
Gülayə Mecid