ABŞ-ın Miçiqan ştatının sakini Kristin Duval koronavirus əleyhinə vaksin vurdurub.
Unikal.org xəbər verir ki, gənc qadın peyvənd olunduqdan sonra həyatının sürprizi ilə qarşılaşıb. Belə ki, o, peyvənd kampaniyasının qalibi olub. 2 milyon dollarlıq lotereya sahib olan qadın peyvənddən sonra şok yaşadığını dilə gətirib. Duval, bu pulu evinin təmirinə, uşaqlarının təhsilinə və psixi sağlamlıq mərkəzlərinə kömək edəcəyini söyləyib.
Qeyd edək ki, ABŞ-da vaksinasiya təşviqi çərçivəsində müxtəlif kampaniyalar təşkil olunur. Əlavə olaraq 12-17 yaş arası peyvənd olunan 9 uşağa 4 illik 55 min dollarlıq universitet dəstəyi lotereyası da var.
Gülayə Mecid