Tariximizdə asan qazanılan zəfər yoxdur. Malazgird zəfərinin arxasında böyük fədakarlıqlar dayanır. Bizim üçün Malazgird tarixin tozlu səhifələrində qalan sıradan bir qələbə deyil.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbir zamanı deyib.
"Bir daha söz veririk ki, böyük və güclü Türkiyəyə gedən yolun kəsilməsinə icazə verməyəcəyik. O illərdə, tariximizin hər dövründə olduğu kimi, dövlətimizi məhv etməyə yönəlmiş daxili və xarici hücumlarla qarşılaşdıq. Sultan Alparslanın 9 illik hakimiyyəti xalqın məmnuniyyətinin zirvəyə çatdığı bir dövr idi. Sultan Alparslan bu geniş coğrafiyada birlik və ədalət qurmaq üçün səmimi səylər göstərdi”, - Ərdoğan bildirib