"Taliban" radikal qruplaşması və onlara tabe olmaqdan imtina edən Pəncşir müqavimət qüvvələri arasında razılaşma əldə olunub.
Unikal.org "TASS"a istinadən xəbər verir ki, tərəflər bundan sonra bir-birinə qarşı hücum etməyəcəklər. Bu barədə razılaşmada deyilir.
Bildirilib ki, sözügedən razılaşma Əfqanıstanda "Taliban"ın nəzarətində olmayan yeganə vilayət olan Pəncşirdə toqquşmaların qarşısını alacaq.
Qeyd edək ki, Pəncşirdə Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh və Əhməd Məsudun müqavimət qüvvələri toplaşıb.
Ağarza Elçinoğlu