Türkiyənin Şilə ərazisində bir masa arxasında oturan şəxs ədavəti olan keçmiş dostunu öldürüb.
Unikal.org xəbər verir ki, hadisə gecə saatlarında hotel mərkəzlərinin bağçasında qeydə alınıb. Belə ki, Fadul Pehlivan dostunun təkidi ilə illərdir aralarında soyuqluq olan hotel sahibi Onur Abdullah İnakla görüşüb. Bir masa arxasında oturan şəxslər arasında mübahisə yaşanıb. Bu zaman Fadul üzərində daşıdığı silahla Onura bir neçə dəfə atəş açıb. Hadisə anı hotelin bağçasındakı kameralara anbaan əks olunub.
Digər şəxs Fadulu sakitləşdirib. Əraziyə polis cəlb olunub. Fadul Pehlivan saxlanılaraq, bölməyə aparılıb. Onun barəsində qətimkan tədbiri seçilib.
Gülayə Mecid