Türkiyədə soyğunçuluq edən yeniyetmələr saxlanılıb.

Unikal.org "DHA"ya istinadən xəbər verir ki, hadisə Adana şəhərində qeydə alınıb.

Oğurladıqları elektrikli velosipedlə yanlarından keçən qoca qadının telefonunu soyğunçuluq yolu ilə talayan 14 və 16 yaşlı 3 gənc polislər tərəfindən saxlanılıb.

Araşdırma zamanı adı açıqlanmayan yeniyetmənin ümumilikdə 56 cinayət törətdiyi məlum olub. Digərinin isə 27 cinayətdə əli olduğu bildirilir.

Ağarza Elçinoğlu