"Xatırlatmaq istəyirəm ki, Gorus-Qafan, eləcə də Qafan-Çakaten (Qafanın kəndi) yolunu bu hakimiyyət bizim arxamızda hansısa sənədlə düşmənə təhvil verib və bununla da Zəngəzurun təhlükəsizliyini təmin etdi".
Unikal.org xəbər verir ki, bunu "Ermənistan" fraksiyasının deputatı Anna Qriqoryan parlamentin bugünkü iclasında səsləndirib və bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Gorus- Qafan yolunu bağlayıb və mülki vətəndaşlar orada qalıb. Yalnız Rusiya sülhməramlılarının müdaxiləsindən sonra həmin insanları çıxarmaq mümkün olub.
"İki gündür hakim partiya barışıqdan danışır, ancaq barışıq belə olmur. Müharibəni uduzan partiya (Paşinyanın rəhbərlik etdiyi Mənim Addımım partiyası) layiqli sülh gətirə bilməz, işi-gücü beynəlxalq aləmdə bizi alçaltmaqdır", - deyə deputat fikir bildirib.
Ağarza Elçinoğlu