Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkənin Milli Barışıq Ali Şurasının rəhbəri Abdulla Abdullanı və sabiq prezident Həmid Kərzayı mühafizədən məhrum ediblər.
Unikal.org xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Onlar Kərzayın avtomobillərini əlindən alıb və mühafizəçilərindən silahları götürüb. Bundan sonra keçmiş dövlət başçısı çərşənbə günü evində axtarış aparılan Abdulla Abdullanın evinə köçüb. Nəticədə, hakimiyyətin sülh yolu ilə əvvəlki hökumətdən taliblərə ötürülməsi üzrə Koordinasiya Şurasının hər iki üzvü mühafizəsiz qalıb. Eyni zamanda onlar faktiki olaraq ev həbsinə məhkum ediliblər.
Xatırladaq ki, avqustun 15-dən etibarən "Taliban" paytaxt Kabil üzərində nəzarəti ələ keçirib. Həmin gün prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.