"Rusiya Əfqanıstanda stabilliyin yaranmasında maraqlıdır".
Unikal.org "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
O, Əfqanıstandakı Rusiya diplomatlarının təhlükəsizliyini başlıca məsələ adlandırıb:
"Rusiya "Taliban"ın növbəti addımlarını diqqətlə izləyəcək. Əfqanıstan vətəndaşlarının və Rusiya diplomatlarının təhlükəsizliyi prioritet təşkil edir. Rusiya Əfqanıstanda sülh və stabilliyin yaranmasında maraqlıdır və Əfqanıstan xalqının nəhayət dinclik və təhlükəsizlik əldə etməsini istəyir".
Rusiyanın Əfqanıstandakı vəziyyətlə bağlı ABŞ-la kontaktda olduğunu vurğulayan Peskov "Taliban"ın hakimiyyətə gəlməsini de-fakto bitmiş məsələ hesab edib.
"Situasiya dəyişir və çox sayda məsələlər qalır", - deyə Peskov əlavə edib.
Ağarza Elçinoğlu