Braziliyanın yerli xalqı Ali Məhkəmənin qarşısında etiraz əlaməti olaraq rəqs edib, şüarlar səsləndiriblər.

Unikal.org xəbər verir ki, onlar ədliyyə işçilərinin əkinçilik sektoru tərəfindən 1988-ci il tarixində qəbul edilən torpaq haqqında təklifin leyhinə qərar verməmələrini istəyiblər. 

Bildirilib ki, qərar qəbul edilməsin deyə, 176 tayfadan 6000 yerli əhali, Braziliyanın paytaxtına düşməyə məcbur olub. 

Braziliyanın şimal-şərqindəki Xukuru başçı Rikardo, "Bolsonaro hökuməti bizi yox etmək istəyir. Əgər ona bağlı olsaydı, Braziliyada yerli xalq qalmazdı" - deyə etiraz edib. 

Nümayişçilər, "Marco Temporal NO" yazılan plakatlar nümayiş etdirərək 2016-cı ildə qəbul edilən qərarı rədd ediblər. 
 
Qeyd edək ki, kəndlilərin leyhinə qəbul edilən qərara əsasən onların torpaq və əraziləri əllərindən alınmalı idi. 

Ağarza Elçinoğlu