Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi arasında Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirilib.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı İranın nüvə proqramı ətrafında müzakirə aparılıb.

"Söhbət zamanı agentliyin əsas fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. AEBA-nın zəmanət sistemlərində islahatlar, atom enerjisindən dinc məqsədlərlə istifadə edilməsi, habelə İranın nüvə proqramı ətrafındakı məsələlər müzakirə edilib", - deyə  məlumatda vurğulanıb.

Ağarza Elçinoğlu