Bolqarıstanın Kazanlık şəhərində silah zavodunda partlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində zavodun bir işçisi həlak olub.

Qeyd olunur ki, insident zavodun hazır məhsullar saxlanılan anbarında baş verib.

Yanğının qarşısının alınması üçün çoxlu sayda yanğınsöndürən cəlb olunub.

Ağarza Elçinoğlu