Kabildə hava limanının yaxınlığında partlayış baş verib.
Unikal.org xrici KİV-ə istinadən xəbər verir ki, bu ilk olaraq Pentaqonun sözçüsü Con Kirbi məlumat verib.
Əfqanıstanlı jurnalist Bilal Sarvari tvitter hesabında Kabil hava limanında törədilən partlayışın intihar hücumunun nəticəsi olduğunu bildirib.
Hazırki məluata görə, Kabil hava limanı yaxınlığında törədilən terror aktı nəticəsində azı 13 nəfər həyatını itirib.
Ölənlər arasında uşaqlar da var. Bundan əlavə, partlayış nəticəsində "Taliban"ın bir neçə döyüşçüsü yaralanıb.