BMT-nin Baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin səfirləri ilə Əfqanıstanla bağlı görüşmək niyyətində olduğunu təsdiqləyib.
Unikal.org xəbər verir ki, bu barədə Baş katib jurnalistlərə açıqlamasında deyib.
"Kabildə baş verən dəhşətli terror hücumlarını şiddətlə qınayıram və ölənlərin ailələrinə başsağlığı verirəm", - Quterreş bildirib.
Qeyd edək ki, Kabildə bu gün baş verən partlayışlarda, ən son məlumatlara görə, 60-dan çox insan həlak olub, 150 nəfər yaralanıb.