Azərbaycanlı hüquq müdafiəçisi Abdullah Öcalanla maraqlanıb
12:55 13-02-2013
CƏMİYYƏT
Lətif Hüseynov Türkiyənin ədliyyə naziri ilə görüşüb
İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynov Ankarada Türkiyənin ədliyyə naziri Sadullah Erginlə görüşüb. APA-nın məlumatına görə görüşdə Komitənin bu ilin yanvarında Türkiyənin İmralı adasında yerləşən həbsxanaya etdiyi monitorinq səfərinin yekunları müzakirə olunub. İmralı adasında ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Öcalanın və digər beş məhkumun saxlanma şəraiti, habelə onların hüquqi yardımdan istifadə etmək və qohumları ilə görüşmək hüququnun təmin edilməsi ilə bağlı məsələlər aparılan danışıqların əsas müzakirə mövzusu olub.
Bu barədə APA-ya məlumat verən Lətif Hüseynov görüşün səmimi və konstruktiv şəraitdə keçdiyini bildirib. Görüşdə Türkiyə hökuməti ilə İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsi arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, bu əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyi vurğulanıb.
Digər Xəbərlər
2025-02-22 22:54:30

2025-02-22 22:41:00

2025-02-22 22:12:59

2025-02-22 20:12:31
2025-02-22 19:13:50

2025-02-22 17:02:00

2025-02-22 16:25:00

2025-02-22 15:40:00

2025-02-22 13:52:05

2025-02-22 13:13:20
.jpg)
2025-02-22 12:46:00

2025-02-22 12:32:44

2025-02-22 12:08:27

2025-02-22 12:07:27

2025-02-22 12:05:39

2025-02-22 11:45:00

2025-02-22 11:37:24

2025-02-22 11:25:09

2025-02-22 11:07:08
